|
Türkiyə ABŞ-dan yaxşı təklif gələcəyi halda “Patriot” sistemlərini almağa hazırdır.
Axar.az xəbər verir ki, bunu “Rusiya-Türkiyə münasibətləri: gələcəyin təsvirini formalaşdırmaq” konfransında çıxışı zamanı Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.
“Gələn il S-400-lərin ilk batareyasının tədarükü olacaq. Bundan sonra biz onların birgə istehsalına başlayacağıq. Türkiyə heç vaxt bir təklifə fokuslanmır. Əgər biz ABŞ-dan “Patriot” sistemləri ilə bağlı yaxşı təklif alsaq və onun birgə istehsalıyla bağlı razılaşsaq, o zaman bu sistemləri almağa hazırıq. Türkiyə bu sistemləri özünümüdafiə üçün alır və heç kimə hücum etməyə hazırlaşmır”, – deyə o bildirib.