|
NATO rəhbərliyi Moskva ilə razılaşmasına baxmayaraq, alyansın şərqə doğru genişlənməsini davam etdirməklə nəinki SSRİ-ni, həm də bütün dünya ictimaiyyətini aldadıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, belə dünya miqyaslı yalana görə məsuliyyəti təkcə NATO rəhbərliyi yox, həm də bir sıra ölkələr və siyasi sistemlər daşıyır.