|
İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani bu gün Bağdada səfər edərək baş nazir Adil Əbdülmehdi və parlament sədri Məhəmməd Helbusi ilə görüşəcək.
Axar.az xəbər verir ki, bu barədə “Rudav” informasiya yayıb.
Bağdad səfəri çərçivəsində Bərzani həmçinin bir sıra partiya sədrləri ilə yanaşı şiə lider Müqtəda əs-Sədrlə də görüşlər keçirəcək.
Bərzaninin Bağdad ziyarətinin əsas gündəmi tərəflər arasında davam edən problemlərin həlli məsələsi olacaq.
Qeyd edək ki, bu səfər Bərzaninin 25 sentyabr 2017-ci ildə keçirilən müstəqillik referendumdan sonra Bağdada ilk səfəri olacaq.