|
Astana prosesi Suriya böhranının tənzimlənməsində işləyən yeganə formatdır.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Biz Suriyada Rusiya ilə yaxından əməkdaşlıq edirik. Regionu terror təhdidlərindən qorumaq üçün öz siyasətimizi yürüdürük. Düşünürəm ki, Rusiya da eyni məqsəd üçün çalışır. Rusiya və Türkiyə ilə iki məsələni həll etməliyik: Suriyanın ərazi bütövlüyünü qorumaq və terrorçularla mübarizə aparmaq...” - deyə XİN rəhbəri bildirib.