|
Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində şübhəli bilinən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirovun Solsberiyə gəlməsinə dair yeni görüntüləri peyda olub.
Axar.az xəbər verir ki, təhlükəsizlik kameraları vasitəsilə çəkilən son görüntüləri London polisi yayıb.
Polisin yaydığı yeni məlumatlar arasında həmçinin içərisində zəhərli maddənin olduğu ehtimal edilən flakonun fotosu da yer alıb.
Londonun hüquq-mühafizə orqanları 2-4 mart tarixləri arasında bu şəxsləri və ya “ Nina Ricci” markasının saxta flakonu və ya onun qutusunu görmüş şəxsləri istintaqla əməkdaşlıq etməyə çağırıb.