İrəvanın digər KTMT üzvləri ilə qarşıdurması proqnozlaşdırılan kimi başa çatacaq – Ermənistan kvotası ilə yanaşı, həm də bu təşkilata üzvlüyünü itirəcək.

 

Bu sözləri Axar.az-a erməni hökumətinin müxtəlif dairələrindən Rusiyanın hərbi-siyasi blokunda rəsmi İrəvanın bundan sonrakı iştirakı ilə bağlı səsləndirilən fikirləri şərh edən gürcü politoloq Vladimir Çxvediani deyib.

“Ermənistanın KTMT-dan çıxması – artıq həll olunmuş məsələdir. Paşinyan sadəcə “qapını bərk çırpmaq” və hər şeydə Rusiyanı günahkar çıxarmaq istəyir”, - gürcü ekspert vurğulayıb.

Azərbaycanın KTMT-yə qoşulması barədə mətbuatda yayılan şişirdilmiş məlumatlara da toxunan ekspert üzvlük üçün əvvəlcə danışıqlar aparılmasına ehtiyac olduğunu və hər hansı bir nəticə çıxarmaq üçün çox tez olduğunu bildirib.

Politoloq belə bir qarşıdurmanın erməni siyasətinin getdikcə Qərbə doğru daha çox meyillənməsi nəticəsində mümkün olduğunu söyləyib. Onun fikrincə, hərbi-siyasi blokdan çıxması Ermənistanın müdafiə qabiliyyətinə və əsas ticarət-siyasi tərəfdaşlarının gözündəki imicinə ciddi zərbə vuracaq:

“Bu, Ermənistana heç nə verməyəcək. Ancaq Ermənistan artıq müstəqil ölkə deyil. Yeni sahibləri – ABŞ əmr verir, ermənilərin yeni hökuməti isə yerinə yetirir. Əgər sabah ABŞ əmr etsə ki, “özünü vur öldür”, Paşinyan bunu da yerinə yetirəcək”.

Politoloqun fikrincə, Kremlin gözləmə mövqeyi hansısa bir zəmanətlə deyil, Boltonun Cənubi Qafqaza səfərindən sonra Rusiya siyasətinin zəifləməsi ilə əlaqədardır.

“Rusiya Cənubi Qafqazda artıq hər şeyi itirib. Rusiya geosiyasətində fəlakət artıq baş verib və ABŞ onu minimallaşdırmağa imkan verməyəcək. Ona kimisə cəzalandırmaq yox, nüfuzunu xilas etmək lazımdır”, - gürcü politoloq bildirib.

Çxvediani həmçinin Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin yüksəlməsinin Bakı ilə hərbi-texniki sahədə yaxın əməkdaşlıqdan daha dərin səbəbləri olduğunu söyləyib.

“Erməniləri öz millətçilikləri və ruslarla gürcülərə qarşı nifrətləri birləşdirir. Onlarda dini zəmində nifrət var. Erməni millətçiliyi 5-ci əsrdən etibarən pravoslavlığa düşmən olan erməni kilsəsinin ibadətindəki dini köklərə malikdir. Bu inanca ruslar və gürcülər etiqad edir. Pravoslavlar Qərbə nifrət edir – bu isə təbii olaraq ermənilərlə Qərbi müttəfiqə çevirir. Ermənilər Rusiya və Gürcüstanın məhz din düşmənləridir. Onlar öz maraqları naminə bu ölkələrdən istifadə edə bilərlər, ancaq heç vaxt yaxşılıq etməzlər. Erməni nifrətinin bu dərin əsasları dini məsələlərdən anlamayanlar üçün qaranlıq qalır”, - Çxvediani bildirib.

O qeyd edib ki, hələ xristianlığın formalaşma dövründü erməni etiqad qaydaları bidəva elan edilib və lənətlənib.

“Beləliklə, istənilən bidəva və ya sektalar ayrıldığı və vaxtı ilə xəyanət etdiyi millətlərin müqəddəs dəyərlərini mənimsəməyə cəhd göstərir. Erməni monofizit etiqad qaydaları erməni xalqının ruhunu alt-üst eləyib. Onlar bu bidəvaya düşməmiş, həmçinin ermənilər qədər alçaldılmamış, öz dövlətləri olan xalqlara şiddətli şəkildə həsəd aparırlar. Buna görə də ermənilər ruslara və gürcülərə nifrət edirlər ki, necə olur ki, bizim kimi “böyük”, “qədim” və “mədəni” xristianlara hər kəs tərəfindən xor baxılır, ancaq bu “tənbəl”, avara, vəhşi və düzgün xristian olmayan rus və gürcülər hər şeyə sahib olur?” - Çxvediani fikrini tamamlayıb.

23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Xəbər lenti