Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiya ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsi ilə kifayət qədər çətin dövr yaşayır.

Təbii olaraq, iki dövlət arasındakı “ön xətt” diplomatiya və iqtisadiyyatdan tutmuş, idman və mədəniyyətə qədər insan fəaliyyətinin bütün sahələrindən keçir.

Bu sözləri Axar.az-a Ermənistanın bundan sonrakı dövrdə KTMT üzvlüyünün məqsədyönlülüyü haqqında aparılan debatları şərh edən qazaxıstanlı politoloq Sultanbek Sultanqaliyev deyib.

“Beləliklə, Vaşinqton diplomatik cəbhədə öz peyklərinin - ondan asılı olan və hakimiyyətə ABŞ tərəfdarlarının gəldiyi ölkələrin əli ilə oynamağa üstünlük verir. KTMT daxilində yaranmış fikir ayrılıqlarının ilkin səbəbini də əsasən bu vəziyyətlə izah etmək olar”, - politoloq bildirib.

Onun fikrincə, sələfi və Nikol Paşinyanın özü MDB-nin prezident klubunun – fikirləri Rusiya Prezidenti Vladimir Putin üçün son dərəcə vacib olan Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun xüsusi etimadına sahib deyil:

“Qısacası, sonuncunun hansı şüarlar və metodlarla hakimiyyətə gəldiyini xatırlayan Rusiya lideri də Ermənistanın baş nazirinə qarşı xüsusi illüziyaya malik deyil. İstənilən halda bu beynəlxalq təşkilatın gələcəkdə uğurlu inkişafı ilə bağlı səsləndirilən fikirlərə əsaslanaraq etiraf etmək lazımdır ki, KTMT-yə “Troya atı” lazım deyil.

Ermənistanın KTMT-dən çıxması təşkilatın hərbi gücünə və üzv ölkələrin strateji təhlükəsizlik məsələlərinə mənfi təsir göstərməyəcək, lakin KTMT daxilində sabitlik yaratmaq və hətta potensial kəmiyyət genişlənməsi üçün uyğun ola bilər”.

O qeyd edib ki, Ermənistanın KTMT-yə qəbul olunması Astananın mövcud geosiyasi maraqları baxımından da məntiqli deyildi:

“Belə ki, Astana sadəcə Rusiya və Belarusla yaxından əməkdaşlığa köklənməyib, eyni zamanda, türk-islam dünyası – Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan kimi ölkələrlə hərbi-siyasi və ticarət, iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır.

Düşünürəm ki, rəsmi Astana onun üçün belə bir məntiqsiz müttəfiqin KTMT-nin tərkibindən çıxmasına görə bir o qədər də narahatlıq keçirməz.

Rusiya rəhbərliyinin qarşısında uzun illərdir çətin bir seçim etmək vəzifəsi dayanır. Bu seçim tezliklə edilməlidir: Bu regionda hansı Zaqafqaziya ölkəsi ilə – Azərbaycan, yoxsa Ermənistanla - strateji münasibətlər qurmaq lazımdır? Çünki birmənalı balanslaşdırma ilə müsbət heç bir şeyə nail olmaq mümkün olmayacaq. Rusiya ümumiyyətlə Zaqafqaziyada mövqelərini itirə bilər”.

23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Xəbər lenti