|
Rusiya və Türkiyə sağlam dialoq yaradaraq yeni dünya nizamını birlikdə inşa etdi.
Axar.az xəbər verir ki, bunu Rusiyanın ehtiyatda olan generalı, hərbi ekspert Aleksandr Vladimirov bildirib.
"Rusiya və Türkiyə prezidentləri strategiya baxımından yeni bir dünya memarlığının təməlini atdı. Yalnız dialoq vasitəsilə dünyadakı problemlər həll edilə bilər. Bütün ölkələrin bunu anlaması lazımdır", - Vladimirov deyib.