|
20:41
Qeyri-qanuni miqrasiya axınından dolayı Meksika sərhədini bağlaya bilərik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər biz nəzarəti itirəndə müəyyən işlərin bəlli səviyyəyə çatdığını görsək, o zaman sərhədi bir müddət bağlayacağıq. Bütün sərhədi... Meksika avtomobilləri ABŞ-a göndərə bilməyəcək”, - deyə Ağ Ev rəhbəri bildirib.
***
Hərbçilərin sərhəddə atəş açmasına icazə vermişəm.
Bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirəm ki, onlar bunu etməzlər. Mənim başqa seçimim yoxdur, çünki onlar sərt insanlarla işləyirlər”, - deyə prezident bildirib.
Qeyd edək ki, miqrantların zorakılıq edəcəyi halda ABŞ-ın təhlükəsizlik qüvvələrinin buna radikal tədbirlərlə qarşılıq verəcəyi və atəş açacağını Donald Tramp hələ noyabrın əvvəllərində Ağ Evdə keçirilən mətbuat konfransı zamanı da demişdi.