|
AB üçün əsas daxili təhdid liberal dəyərlərin vaxtının keçdiyini düşünən avropalı siyasətçilərdir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının vitse-prezidenti Yurki Kataynen deyib.
“Hazırda qanunun aliliyi və liberal demokratiya təhdid altındadır. Bu, Avropa üçün ən böyük təhdiddir. Fundamental dəyərlər və liberal demokratiya SSRİ-nin süqutundan sonra hələ heç belə təhdidə məruz qalmayıb. Avropa Parlamentinə gələn ilin mayında keçiriləcək seçkidən öncəki kampaniya zamanı bu, əsas müzakirə məsələsi olacaq”, – deyə o bildirib.