|
Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib.
Axar.az xəbər verir ki, sürücü-qadınlar yalnız aralarında yetkinlik yaşına çatan azı bir qadının olduğu müştəriləri avtomobilə götürə bilər. Həmçinin kişi müştəriləri ön oturacaqda oturtmaq qadağan edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının tarixində bu il ilk dəfə olaraq qadınlara avtomobil sürməyə icazə verilib. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salmanın miqyaslı sosial-iqtisadi dəyişikliklərinin bir hissəsidir.