Cənubi Qafqaz Dəmiryolları QSC 2018-ci ilin 1 dekabrından etibarən müvəqqəti olaraq Qafqaz-Poti-Qafqaz istiqamətində bərə ilə daşımaları dayandıracaq.

 

Axar.az xəbər verir ki, bu məlumatı QSC-nin mətbuat xidməti yayıb. Şirkət bərə xəttinin nə zaman açılacağını bildirməyib.

Qeyd edək ki, bu ilin yanvarından etibarən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Gürcüstan bu barədə planını oktyabr ayında açıqlayıb. Tiflis eyni qadağanın bərə və dəmiryollarına aid etmək məsələsini də nəzərdən keçirdiyini bildirmişdi.

Maraqlı məqam odur ki, QSC-nin bu addımı növbədənkənar parlament seçkisi və Ermənistan Nəqliyyat Nazirliyi, Cənubi Qafqaz Dəmiryolları QSC və Gürcüstan Dəmiryolları arasında əldə olunan razılaşma ərəfəsinə düşür. Belə ki, bu razılaşmaya əsasən, Poti limanından Ermənistana yük daşımaları üçün nəzərdə tutulan tariflərin 52% endirilməsi nəzərdə tutulmuşdu.

Bəzi mənbələr isə Cənubi Qafqaz Dəmiryolları QSC-nin bu addımı Ermənistan hökumətinin ona qarşı təzyiqlərinə cavab olaraq atdığını bildiriblər. Belə ki, Paşinyan hakimiyyətə gəldikdən sonra QSC-də geniş yoxlamalar keçirmək üçün imkanlar yaradıb. Rusiya Dəmiryollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmiryolları hətta vergi pozuntularına yol verməkdə də ittiham olunub. Üstəlik, şirkət hazırkı qərarını qəbul etməzdən az öncə Ermənistan İctimai Xidmətin Tənzimlənməsi Komissiyası tərəfindən 60 min dollar cərimə edilib.

23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Xəbər lenti