|
ABŞ-la yenidən nüvə müzakirələrinə başlamaq vaxt itkisidir.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp etibar edilməyən şəxsdir:
“Nə üçün güvənilməz bir müttəfiqlə vaxtımızı itirək? Avropalı müttəfiqlərimiz çəkinməsə, onlar da eyni qərarı qəbul edərdi”.
Qeyd edək ki, D.Tramp may ayında ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını bəyan etmişdi.