|
Moskva Suriyada heç bir siyasi fiquru dəstəkləmir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bəşər Əsəd mövzusuna gəldikdə deməliyəm ki, biz Suriyada heç bir siyasi fiquru dəstəkləmirik. Suriyada həll prosesinin xalq tərəfindən müəyyən edilməsini əks etdirən və ölkənin gələcəyini təyinetmə haqqının sadəcə xalqa aid olduğunu bildirən BMT Təhlükəsizlik Şurasının qərarına və 2012-ci il Cenevrə bəyanatına hörmət edirik”, - deyə XİN rəhbəri bildirib.