|
Türkiyə və Rusiya arasındakı əməkdaşlıq amerikalılarla avropalıların narahatlığını getdikcə artırır.
Axar.az xəbər verir ki, bu barədə Fransanın “Eksperss” nəşri məlumat yayıb. Bildirilib ki, Rusiya lideri Vladimir Putin Türkiyənin xilaskarı rolunda görünmək üçün Ankaranın Qərblə əlaqələrinin soyumasından yararlanır:
“Qaz boru xətləri və raketlər də daxil olmaqla, gündən-günə inkişaf edən Rusiya və Türkiyə əlaqələri Yaxın Şərqin strateji xəritəsində kəskin dəyişikliklər əmələ gətirir. Qaz manevri əslində Putinin daha böyük planının kiçik hissəsidir”.
Nəşr onu da iddia edir ki, Vaşinqton S-400 razılaşmasını pozmaq üçün alternativ axtarışındadır.