İran və ABŞ-ın bir-birinə qarşı sərt ritorikası və hədələri tərəflərin tutduğu mövqedən irəli gəlir.

 

Bu sözləri Axar.az-a İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin rəhbəri Əmirəli Hacızadənin açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert İran-ABŞ münasibətlərinin getdikcə daha kəskin hal aldığını bildirib:

“Bu fonda tərəflərin bir-birinə qarşı mümkün hərbi ssenarilərə əl atacağı istisna edilmir. Hərbi ssenarilərin reallaşması bütün hallarda aktual olaraq qalır. Lakin bu ssenarilərin həyata keçməsi üçün konkret proseslər baş verməlidir. İranın hazırkı imkanları ABŞ-ın hərbi bazalarına zərbə endirmək gücündədir. Xüsusilə də “Şahab” raketləri 1200, bəzi hallarda isə 1500 kilometr radiusda olan hədəfləri vurmağa qadirdir. Ancaq İran onu da çox gözəl başa düşür ki, bu, elə də asan məsələ deyil. Çünki ABŞ İrana qarşı raket əleyhinə effektiv sistemlərini işə sala bilər. Bu baxımdan da SEPAH rəhbərinin sözügedən açıqlaması bir növ cəmiyyəti səfərbər etmək məqsədi daşıyır. İran bununla açıq şəkildə öz siyasi məqsədlərini və gücünü nümayiş etdirir”.

Ekspert bildirib ki, İran yalnız Türkiyədən öz milli maraqlarına təhlükə görmür:

“Çox güman ki, bu da iki ölkə arasındakı danışıqlar və ya təhlükəsizliklə bağlı razılaşmalardan qaynaqlanır. Bununla da hər iki tərəf konfrantasiyaya yol açan tədbirləri məhdudlaşdırmış olurlar. Ona görə də İran Türkiyədən əmindir. Görünür, digər ölkələrlə, xüsusilə də Qətərlə belə razılaşmanın olmaması SEPAH-ı öz raketlərinin dəqiqliyini artırmağa vadar edib”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə bildirib ki, İranın ABŞ-ın Qətərdəki hərbi bazalarına raket zərbələri endirməsi birbaşa Qətərin vurulması anlamına gələ bilər:

“Maraqlıdır ki, İranın Əfqanıstanla normal münasibətləri var. Qətər isə son bir neçə ildə Tehranla az qala müttəfiqlik vəziyyətinə gəlib, üstəlik, hər ikisi də Səudiyyə Ərəbistanına qarşıdır. İranı həmin bazalardan vursalar, İran da həmin bazaları raket atəşinə tutacaq. Bu, iranlı generalın məntiqidir. Ancaq iranlı general ABŞ-ın Adanadakı hərbi bazasının adını çəkməyib. Görünür, Tehran Türkiyənin ABŞ-a Adana hərbi bazasından İrana qarşı istifadə etməyə icazə verməyəcəyindən əmindir. Ancaq İran dostu Qətərə əmin deyil”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə İrana qarşı addım atılacağı halda ABŞ-ın Əfqanıstan, BƏƏ, Qətərdəki bazaları, o cümlədən Fars körfəzindəki təyyarədaşıyan gəmilərinə zərbə endiriləcəyini bildirib.

23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Xəbər lenti