Öldürülən jurnalist Camal Qaşıqçının qızları Noha və Razan atalarının bilinməyən tərəflərini ilk dəfə "Vaşinqton Post"a danışıb.

 

Publika.az xəbər verir ki, “Biz Camal Qaşıqçının qızlarıyıq: işığının heç vaxt sönməyəcəyinə söz veririk” adlı məqalədə atalarının “qarışıq” bir adam olduğunu yazıblar.

“O, bizim həyatımızda böyük qəlbi ilə sevgi dolu ata idi”, - deyə bildiriblər.

Noha və Razan uşaq olanda atalarının onları hər həftəsonu kitab mağazasına apardığını yazıblar:

“Uşaq olanda atamızın bir səyyah olduğunu da bilirdik. İşinə görə hər yerə gedirdi, amma həmişə əlində hədiyyələr, maraqlı hekayələrlə geri qayıdırdı. Gənc vaxtlarından atamızın işi bizdən həmişə öndə olurdu. Atamızın kəlmələri çox uzaqdakı insanlar üzərində belə təsirli idi. O, ətrafını kitablarla doldurmuşdu. Oxuduqları arasında heç zaman fərq qoymazdı. Kitab sevgisi ona özünün düşüncələrini formalaşdırmağı öyrətmişdi. Bizə də eynisini etməyi tövsiyə edərdi”.

Qızları atalarının həyatının hər zaman gözlənilməyən sürprizlərlə dolu olduğunu deyərək, onun hər çətinliyi bir fürsət olaraq gördüyünü bildiriblər: “Yaşadığı həyat nə qədər rahat olsa da, evini, ailəsini, sevdiklərini görmək üçün o qədər çox can atardı”.

Qızları Qaşıqçının ölümündən sonrakı günlərini belə təsvir ediblər:

“Atamız itkin düşəndən sonra onun Virciniyadakı evinə getdik. Ən çətin tərəfi onun stolunu boş görmək idi. Onun yoxluğu qulaqlarımızı kar etdi. Onu stolunda eynəyini alnına qoyaraq yazı yazarkən görə bilərdik. Bütün əşyalarına baxdıq. Səudiyyə Ərəbistanına qayıdanda buranın onun və bütün səudiyyəlilər üçün daha yaxşı bir yer olduğu ümidi ilə yorulmadan yazmağı seçdiyini bilirdik”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti