|
Bütün dünya müsəlmanları ABŞ-a qarşı birləşməlidir.
Axar.az xəbər verir ki, bunu Tehranda baş tutan Beynəlxalq İslam Birliyi konfransında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani deyib.
“ABŞ-ın idarə etdiyi Qərbə boyun əymək dinimizə və dinimizə bağlı gələcək nəsillərə xəyanətdir. İki seçimimiz var. Qırmızı xalçaları günahkarların önünə açmaq, ya da ədalətsizliyə qarşı birlik yaradaraq peyğəmbərimizə, Qurana və islama sadiq qalmaq. Səudiyyə Ərəbistanı xalqının terrora qarşı maraqlarını qorumağa hazırıq və bunu etmək üçün 450 milyard dollar istəmirik”, – deyə o bildirib.
Qeyd edək ki, Ruhani bununla Trampın Qaşıqçı olayına göz yumması üçün Səudiyyə Ərəbistanını 450 milyardlıq sərmayəyə razı salmaq istəməsi barədə iddialara işarə edib.