|
Ermənistandakı növbədənkənar parlament seçkisində əhalinin 68,3%-i Mənim Addımım Blokuna səs verəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında GALLUP şirkətinin Ermənistandakı nümayəndəsi Aram Navasardyan deyib.
Onun sözlərinə görə, Mənim Addımım Blokundan sonrakı yeri Çiçəklənən Ermənistan Partiyası tutacaq. Partiyanı əhalinin 6,7%-nin dəstəklədiyi vurğulanıb. Növbəti yerlərdə Respublikaçılar Partiyası (1,5%), İşıqlı Ermənistan (1,2%) və Daşnaksütyun Partiyası (1%) qərarlaşıb.
Ermənilərin həmçinin 70,9%-i növbədənkənar parlament seçkisində iştirak edəcəklərini bildirib.