Dünənə qədər Azərbaycanı KTMT ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etməsi barədə fikirlər səsləndirilir.

 

Bunu Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat Ermənistanın mövqeyindəki bu qəfil radikal dəyişikliyin səbəblərinə aydınlıq gətirib:

“Əvvəla, idmanda olduğu kimi, diplomatiyada da rəqibin gücündən özünə qarşı istifadəetmə metodları var. Azərbaycan uzun illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasəti sayəsində işğalçı Ermənistana arxa olan, yaxud bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri elə səviyyəyə qaldırıb ki, işğalçının özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar artıq bu gün İrəvanı dəstəkləməkdən vaz keçiblər. Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşan olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq olub. 2016-cı il Aprel döyüşləri əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi. Son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişdimək üçün diktə edən tərəfə çevrildi. Bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı”.

Millət vəkili işğalçı Ermənistanın artıq siyasi müvazinətini itirdiyini və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmədiyini deyib:

“Ona görə də İrəvan tez-tez səhvlərə yol verir. Dolayısı ilə Azəbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır. Bir müddət öncə sadəcə Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiq olduğu ölkələr tərəfindən də belə qiymətləndirilir. Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu ilk növbədə Rusiya ilə bağlıdır və Ermənistanın bir dövlət kimi meydana gəlməsi də bu ölkənin tarixin müxtəlif dövrlərində qəbul etdiyi siyasi qərarlar nəticəsində yaranan reallıqdır. Ancaq hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, iki ölkə arasında olan münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Bu, olduqca əhəmiyyətli məsələdir. Ona görə ki, regionda siyasi həqiqətləri tərtib edən güc mərkəzlərinin tarixi şəraiti və Azərbaycanın yerini və rolunu qiymətləndirmələri üçün soyuqqanlı, qeyri-emosional və obyektiv qiymətləndirmələri üçün şərtlər yaranıb. Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb. Onsuz da Rusiya ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsində qiymətləndirilir, amma hər iki ölkənin təhlükəsizliyinin təmin oluması baxımından hələ də realizə olunmamış olduqca böyük potensial geosiyasi resurslar var. Bunun baş tutması üçün ilk növbədə regionda işğal faktına son qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti