|
Avropa Birliyi ölkələri Breksitlə bağlı razılaşmalara dair layihəni qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk danışıb.
“AB-nin 27 ölkəsi ayrılmağa dair razılaşmanı və AB-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi deklarasiyanı qəbul etdilər”, - Tusk bildirib.