|
İslandiya parlamentinə qondarma erməni soyqırımının tanınması üçün qanun layihəsi təqdim olunub.
Axar.az xəbər verir ki, təqdim olunan qanun layihəsinin altında iqtidar və müxalifət partiyalarından 11 millət vəkilinin imzası var.
Millət vəkillərinin təklifində 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması nəzərdə tutulub. Həmin dövrdə 600 min-1.5 milyon arasında erməninin öldürüldüyü iddia olunub.
Bundan əlavə hadisələrin əvvəlinin heç də 1915-ci il olmadığı, ermənilərə qarşı təcavüzlərin hələ 1884-cü ildən başladığı bildirilib.