|
Hərbi vəziyyətin tətbiqi müharibə elan edilməsi demək deyil.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxışı zamanı deyib.
“Ukrayna heç kimlə müharibə etməyi planlaşdırmır. Hərbi vəziyyət Ukrayna torpaqlarının, müstəqilliyimizin və suverenleyimizin müdafiəsi üçün tətbiq olunur. Bu vəziyyətin tətbiqi Ukraynanın öz ərazilərinin siyasi-diplomatik yolla azad etməkdən imtina etməsi demək deyil. Biz bütün beynəlxalq öhdəliklərə, həmçinin Minsk razılaşmasına əməl edəcəyik”, – deyə o bildirib.
Poroşenko hərbi vəziyyətin tətbiqi zamanı vətəndaşların konstitusion haqları və azadlıqlarının məhdudlaşdırılmayacağını və heç bir səfərbərlik olmayacağını deyib.
Qeyd edək ki, ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib.