|
İran Prezidenti Həsən Ruhanin İsrailin legitimliyini şübhə altına salan bəyanatı qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) bəyanatında deyilib.
“Bu kimi açıqlamalar beynəlxalq anlaşılmazlıqların dialoq və hüquq yolu ilə həlli baxımından uzlaşmır”, - deyə bildirilib.
Qeyd edək ki, H.Ruhani İsraili Qərbin maraqlarının Yaxın Şərqdə yayılması üçün yaradılan xərçəng şişinə bənzətmişdi.