Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Dağlıq Qarabağ probleminin həlli üçün Rusiya ilə Türkiyə arasında çox ümidverici müzakirələr getdiyini, lakin hansısa qüvvənin müdaxiləsi nəticəsində prosesin dayandığını açıqlayıb. Bu açıqlamanın kifayət qədər yüksək ranqlı şəxs tərəfindən verilməsi həqiqətən də ciddi prosesin getdiyinə şübhə yeri qoymur. Prosesin dayanmasına səbəb olan qüvvənin konkret kim və ya hansı dövlət olmasını isə Qalın açıqlamayıb.

Axar.az xəbər verir ki, mövzunu politoloq Qabil Hüseynli Musavat.com-a şərh edib. O bildirib ki, Türkiyə ilə Rusiya arasında Qarabağla bağlı proses gedib:

“Amma bu prosesdə əslində Rusiya səmimi deyildi. Sadəcə olaraq, ”Türk axını" layihəsinin həyata keçirilməsi, S-400 raketlərinin Türkiyəyə satılması və sair məsələlərdə Rusiya istəyinə nail olmaq üçün Türkiyənin bəzi istəklərinə pozitiv reaksiyalar, vədlər verə bilərdi. Amma bu vədlər səmimi deyildi. Zənnimcə, prosesin başında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dayanırdı və Rusiyanın müəyyən qayğılarının həllindən sonra prosesə elə Rusiya tərəfindən Lavrovun simasında “yox” deyildi. Bəhanə isə bu oldu ki, guya Dağlıq Qarabağ məsələsi beynəlmiləlləşib, beynəlxalq güclərin nəzarəti altındadır, bu, tək Rusiyanın sərəncam verə biləcəyi bir şey deyil, bu, mütləq ATƏT, BMT və digər böyük güclərlə razılaşdırılmalıdır. Beləliklə, məncə, prosesə ən ağır zərbəni Lavrov vurdu. Bundan başqa Rusiyada güclü erməni lobbisi var. Bu lobbi yəqin ki, Kremlin təsir altına düşə biləcək yerlərini bilirlər və o səbəbdən də təkcə Lavrovun vasitəsilə deyil, digər yollarla da Putinə yol tapa bildikləri istisna deyil. Erməni lobbisi istisna deyil ki, Türkiyə ilə Dağlıq Qarabağ məsələsində razılaşmalar olacağı halda Ermənistanın Rusiyanın əlindən çıxacağı kimi rəy yarada biliblər".

Q.Hüseynlinin sözlərinə görə, Rusiya tərəfi nə zaman Dağlıq Qarabağla bağlı normal bir prosesin dayanmasını istəyibsə, “Kompromis variantları münaqişə tərəflərinin özləri öz aralarında tapmalı və razılığa gəlməlidirlər” kimi açıqlamalar veriblər:

"Yəni Dağlıq Qarabağ məsələsinin həllinə əngəl yaratmaq istəyəndə çoxsaylı bəhanələr irəli sürürlər. Böyük ehtimalla bu dəfə də Türkiyə ilə aparılan prosesi dayandırmaq üçün yuxarıda qeyd etdiyimiz və ya başqa hansısa bəhanələrlə istəklərinə nail olublar. Bu dəfə rosesin alına bilməyəcəyi də ilk dəfə Sergey Lavrov tərəfindən ifadə olunmuşdu.

Rusiya onu da bilirdi ki, Türkiyənin iştirakı Dağlıq Qarabağ məsələsinin həlli həm də bölgədə Ankaranın təsirinin ciddi şəkildə artması demək olacaq. Bunu isə başda Sergey Lavrov olmaqla, Moskva istəmir".

Politoloq vurğulayıb ki, bir çox sadə insanlar İbrahim Qalının adını çəkmədiyi qüvvənin ABŞ olduğunu zənn edir, lakin bu yanlışdır:

“ABŞ bölgəyə nüfuz etmək, öz təsirini gücləndirmək istəyir. Bunun üçün də ABŞ-a Dağlıq Qarabağ probleminin həlli hava-su kimi lazımdır. Düzdür, o, problemin həllində hələ ki, bütün kartları açmasa da, Rusiyadan fərqli olaraq daha cəlbedici, daha beynəlxalq hüquq normalarına uyğun olan həll variantını təklif edir - Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlardan erməni qoşunlarının çıxarılması kimi təklifi irəli sürür. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan erməni qoşunları çıxarılmalıdır fikrini Ermənistanda ABŞ-ın səfiri də, ABŞ prezidentinin köməkçisi Con Bolton və digər amerikalı rəsmilər bu yaxınlarda açıq dilə gətirdilər. Bununla ABŞ Azərbaycanın 7 rayonun Ermənistan tərəfindən işğal edildiyini rəsmən dilən gətirmiş oldu və işğala son qoyulmasını istədiyini ifadə etdi. Bu mövqeni ATƏT-in Minsk Qrupunun digər iki həmsədri olan ölkədən eşidə bilmirik. Belə olduğu halda Amerika münaqişənin həlli istiqamətində Türkiyə ilə aparılan prosesə mane olmaq istəməzdi. Mən bu fikirlərlə ABŞ-ın mövqeyinin tam olaraq bizim arzularımıza, maraqlarımıza uyğun gəldiyi iddiasında deyiləm, amma məsələ burasındadır, bu gün Amerika Fransadan da, Rusiyadan da səmərəli həll variantı təklif edir və mövqe nümayiş etdirir”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti