|
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boinq RC-135V radioelektron kəşfiyyat təyyarəsi Bakı vaxtı ilə 09:50-də Qara dəniz akvatoriyasına daxil olub.
Axar.az xəbər verir ki, bu barədə “Ukrayna hərbi portalı” informasiya yayıb.
Məlumata görə, təyyarə Bolqarıstanın hava sahəsində olub və Krım sahilləri istiqamətində hərəkət edib.