Rusiya Vatikanı istəmir: Ukrayna danışıqlarına qarşı çıxış – Şok Detallar

Rusiya Vatikanın Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakına qəti şəkildə qarşı çıxıb.

Bu barədə nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda beynəlxalq dairələr Vatikanın vasitəçi və ya danışıqlara ev sahibliyi edən tərəf kimi rolu üzərində ciddi müzakirələr aparır. Qeyd olunur ki, tərəflər razılığa gəldiyi halda, sülh təşəbbüsü çərçivəsində görüş artıq gələn həftə baş tuta bilər. Lakin bu prosesin baş tutması Rusiyanın mövqeyindən asılıdır.

Rusiya isə Vatikanın bu prosesə cəlb olunmasına qarşı çıxaraq, onun neytral vasitəçi kimi qəbul edilməsinə şübhə ilə yanaşır. Kremlə yaxın mənbələrə görə, Moskva Vatikanın Qərb dünyası ilə ideoloji və siyasi yaxınlığını əsas gətirərək, onu tərəfsiz vasitəçi kimi görmür. Bu mövqe isə sülh prosesinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, Vatikanın Ukrayna məsələsində iştirak etməsi Qərbin diplomatik səylərinin bir hissəsidir və bu, Rusiyanın təcrid olunmasına yönəlmiş daha geniş strateji planın tərkibi kimi qiymətləndirilə bilər.

Hazırkı mərhələdə tərəflər arasında birbaşa dialoqun qurulması üçün danışıqlar masası arxasına keçmək ehtimalı aşağı olaraq qalır. Lakin Qərb diplomatları diplomatik kanallarla Rusiya tərəfini razı salmağa çalışır.

23 May 2025 Aİ Macarıstanı cəzalandırmağa hazırlaşır – 7-ci maddə işə düşdü
23 May 2025 İsrail səfirliyinə hücum edənə ölüm cəzası gözlənilir – ABŞ terror aktı kimi araşdırır
23 May 2025 Ərdoğan HAKİMİYYƏTDƏN GEDİR – Türkiyə prezidentindən SENSASİON ANONS: dünya liderləri ŞOKDA!
23 May 2025 Kavelaşvilidən Əliyevlə Paşinyana minnətdarlıq
23 May 2025 İstanbul avtobuslarında İmamoğlu qadağası
23 May 2025 Lavrova İrəvanda “qamçı və kojik”
23 May 2025 Ukraynanın vurduğu zavodda görün nələr İSTEHSAL OLUNUR
22 May 2025 Ukraynadan Brüsselə 40 səhifəlik təklif: Rusiyaya qarşı bu addımlar atılmalıdır
22 May 2025 Paşinyan Putinin dostunun həbsinə hazırlaşır - kritik gəlişmə
22 May 2025 Xamenei ABŞ-a meydan oxudu - qonşumuzda savaş hazırlığı
22 May 2025 Suriyada Rusiya hərbi bazasına hücum: ölənlər var
22 May 2025 Dövlət katibi: Ermənistanla Azərbaycan arasında real münaqişə riski var
22 May 2025 XİN İsrailə başsağlığı verdi
22 May 2025 İsrailli diplomatları güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı
22 May 2025 Azərbaycan konsulu irad bildirdi - Rusiya vətəndaşı saxlanıldı
22 May 2025 Trampdan israilli diplomatların öldürülməsinə - Münasibət
22 May 2025 ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - Video
22 May 2025 Netanyahu: İran İsrail üçün ciddi təhlükə olaraq qalır
22 May 2025 Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir
21 May 2025 Lavrov İrəvanda belə qarşılandı: “Putin qatildir”

Xəbər lenti