10:59

Dörd ölkənin nümayəndə heyəti Qara dəniz Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci baş assambleyasının iclasında təşkilatın 25 illiyi ilə əlaqədar yubiley medalı almaqdan imtina edib.

 

Axar.az xəbər verir ki, bu məlumatı “Nyus.am” saytı yayıb. Məlumata görə, iclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ara Babloyanın bütün nümayəndə heyətlərini yubiley medalıyla təltif edəcəklərini deməsinə Gürcüstan, Azərbaycan, Türkiyə və Ukrayna qarşı çıxıb.

Belə ki, Gürcüstan tərəfi medaldan imtina etdikdən sonra bu məsələni müzakirə etmək istəmədiyini bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə nümayəndə heyətinə qısa müddətdir rəhbərlik etdiyini və vicdanının belə yüksək mükafatı almağa imkan vermədiyini deyib. O, həmçinin bu imtinasının səbəbinin siyasətlə bağlı olmadığını deyib.

Bundan sonra Babloyan mükafatın təkcə nümayəndə heyəti rəhbərlərinə aid olmadığını, nümayəndə heyətlərində olan şəxslərə də aid olduğunu bildirib. Təşkilatın baş katibi Asəf Hacıyev baş verənlərdən faciə düzəltməməyi istəyib.

Qeyd edək ki, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri iclasa qatılmayıblar.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti