Əslində, Suriya hökumətində ciddi dəyişikliklər gözlənilən idi.

Bu sözləri Axar.az-a Suriyadakı hakimiyyət dəyişikliyi ilə bağlı danışan analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, Əsəd siyasi islahatlara getməklə özünə qarşı olan narazılıqların qarşısını müəyyən qədər almaq məqsədi güdür:

“Bu proses elə Əsəd iqtidarından narazılıqlara görə başlayıb. Bununla əlaqədar olaraq da 2011-ci ildə başlayan ərəb baharının bir dalğası Suriyaya gəlib çatıb. Bu mənada Suriya daxilindəki ciddi qarşıdurmalardan sonra Əsədin müəyyən kadr islahatlarına getməsi və dəyişikliklərə imza atması gözlənilən idi. Hətta bu məsələdə zamanlama istər-istəməz diqqət çəkir. Görünür, Əsəd artıq siyasi gücünün təmin olunmasına əmindir ki, bu addımı da atıb. Bundan sonra Əsəd çətin ki, hər hansı bir şəkildə başqa bir siyasi müxalifət qüvvəsi ilə əvəz olunsun. Beləliklə, Qərbin də sonrakı proseslərdə bu dəyişikliklərə müsbət yanaşacağını ehtimal etmək mümkündür”.

Qeyd edək ki, ötən gün Suriya hökumətində dəyişiklik edilib. Belə ki, general Məhəmməd Xalid Rəhman daxili işlər, Atif Nəddaf Su ehtiyatları, Məhəmməd Rami Rədvan-Martini Turizm, Müvəffəq əl-Əzəb Maarif, Bəssam Bəşir İbrahim Ali təhsil, Süheyl Məhəmməd Abdül Lətif İctimai işlər və mənzil tikintisi, Əyad Məhəmməd əl-Xatib Kommunikasiya və texnologiyalar, Məhəmməd Müinzin əl-Abdin Cizbə isə Sənaye naziri təyin olunub.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti