|
ABŞ Dövlət katibi Mayk Pompeo Ağ Evin Ukraynanın müstəqilliyinin qorunması üçün hərb sahə də daxil olmaqla, tam dəstək göstəriləcəyinə söz verib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko CNN telekanalına müsahibəsi zamanı danışıb.
ABŞ-ın bir qədər əvvəl Kerç boğazında baş verən hadisələrə reaksiyası ilə bağlı sualı cavablayan Poroşenko ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heylinin TŞ-də nümayiş etdirdiyi qəti mövqeni vurğulayıb, həmçinin NATO-nun hadisəyə verdiyi reaksiyanı xatırladıb.
Poroşenko eyni zamanda telefon danışığı zamanı Mayk Pompeonun ölkəsi adından Ukraynaya Rusiya təcavüzünə qarşı tam dəstək barədə söz verdiyini qeyd edib.