Belə işlər milli birliyə qarşı yönəlib.

Bu, fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Təbriz, Azərşəhr (Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai Tehranın “Azadi” stadionunda “Traktor”-“Perspolis” qarşılaşması zamanı “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək nümayiş etdirməsinə münasibət bildirərkən deyib. O, şovinistlərin bu addımını kəskin qınayıb:

“Gənclər və idman nazirindən istəyəcəyəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə məsələni parlamentdə qaldıracağam. Mərkəzi şəhəri Təbriz olan Güney Azərbaycan İranın həssas dönəmlərində xüsusi rol oynayıb. Bu, inqilab dönəmi və 8 illik müharibə zamanı da belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. “Traktor” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin də beşiyidir. Bütün hallarda ölkədə qövmləri aşağılamaq qəbuledilməzdir, bu, böyük Azərbaycan millətinə də şamildir”.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnejad isə özünün Tvitter səhifəsində hadisəyə münasibət bildirərkən “Artsax” yazılı bannerin nümayiş etdirilməsinin irqçilikdən irəli gəldiyini qeyd edib:

“191 il əvvəl bizim əcdadlarımızın bütün canfəşanlığına baxmayaraq, bəzi mərkəzdə oturanların xəyanəti nəticəsində İrəvan Türkmənçay müqaviləsi əsasında İrandan qoparıldı. Sonralar isə neftlə dolu olan Bəhreyn bir güllə atılmadan İrandan qoparıldı. İndi o xainlərin nəvələri bu bayraqla əcdadlarının İrəvan və Bəhreynin İrandan qoparılması ilə bağlı xəyanətlərini tarixdən silməyə çalışırlar”.

Qeyd edək ki, “Traktor” – “Perspolis” görüşü zamanı “Perspolis”in şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın “əsl adının” “Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar.

Polis heç bir müdaxilə etməyib.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti