Növbədənkənar parlament seçkisində iştirak edən üç siyasi qüvvə - İşıqlı Ermənistan və Sasna Çrer partiyaları, həmçinin Biz Bloku qərbyönlü mövqedən çıxış edir və hökuməti bu istiqamətdə tənqid edəcəklərini gizlətmirlər.

 

Axar.az xəbər verir ki, bu iddia ilə “1in.am” saytı çıxış edib. Hər üçü qurum Rusiya, eləcə də Ermənistanın qoşulduğu alyansların əleyhinə bəyanatlar səsləndirirlər.

Sayta açıqlama verən Sasna Çrer Partiyasının nümayəndəsi Stepan Qriqoryan partiyasının KTMT və Avrasiya İttifaqından dərhal çıxmağı təklif etmədiyini deyib:

“Biz deyirik ki, mütləq qaldırılmalı olan problemlər var. Məsələn, biz hərbi bazanın saxlanılması üçün pul ödəyirik, amma bütün dünyada fərqli vəziyyət hökm sürür. Ölkə başqa kiçik ölkədə baza yerləşdirəndə pulu özü ödəyir.

Siz bilirsiniz ki, bizim vahid hərbi birləşmə barədə razılaşmamız var və burada deyilir ki, əgər Ermənistana qarşı hərbi fəaliyyətlər olsa, o zaman rəhbərlik rus generalına verilməlidir. Niyə?

Belarusla olan son böhran bizim haqlı olduğumuzu sübut edir. Biz problemlər haqqında bir neçə il əvvəl danışanda deyirdilər ki, hər şey qaydasındadır. Biz Rusiya ilə ikitərəfli əsasda işləməliyik, çoxtərəfli yanaşmanın isə bizə fayda verib-vermədiyini müəyyən etməliyik. İkincisi, biz gərək mütləq Rusiya ilə layiqli münasibətə sahib olaq”.

O, Rusiyanın Paşinyana təzyiqlər edəcəyi halda Sasna Çrerin mütləq buna müqavimət göstərəcəyini deyib.

İşıqlı Ermənistan Partiyasından olan keçmiş deputat Gevork Qorqisyan isə partiyanın yalnız Ermənistanın maraqlarına önəm verdiyini söyləyib:

“Biz görürük ki, əvvəlki hökumətlər Ermənistanın maraqlarını bu strukturlarda təmin etmək gücündə deyildilər. Bura sürücülük vəsiqələrinin Rusiyada istifadəsi məsələsindən tutmuş KTMT-də Azərbaycana meyilli baxışa qədər, bütün məsələlər aiddir. Biz yeni hökumətə bir az vaxt verəcəyik ki, bu statusdan Ermənistanın maraqları çərçivəsində istifadə edə bilsin”.

Biz Blokunun nümayəndəsi Anjela Xaçatryan Avrasiya İttifaqına üzvlüyün Ermənistanın ən böyük səhvlərindən biri olduğunu və bunu düzəldilməsi üçün addımlar atılması gərəkdiyini deyib.

“Biz ölkəyə Avropa modeli təklif edirik. Məhz Avropa modeli Ermənistanı inkişafa, azad bazara apara bilər”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti