|
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Argentinada G20 sammiti çərçivəsində görüşməyə ümid etdiyini bildirib.
Axar.az xəbər verir ki, Putin Trampla ticarət əlaqələrinin qarşısında dayanan maneələr barədə danışmaq istədiyini qeyd edib.
Rusiya Prezidenti həmçinin ABŞ-la əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp G20 sammiti çərçivəsində Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini açıqlamışdı. O, bunun Kerç böhranı haqda hazırlanan hesabatdan asılı olacağını bildirmişdi.