|
S-400 satışında dollardan imtina edilməsi Rusiya və Türkiyənin ABŞ təzyiqinə adekvat cavabıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko deyib. O bildirib ki, bu satış dollarla həyata keçirilsəydi, ABŞ bu hesablaşmanı blok etməklə kifayətlənməyib, ödənişi mənimsəyərdi:
“Məlum olduğu kimi, dollarla hesablaşmalar Amerika bankları üzərindən həyata keçirilir. Bu səbəbdən Putin və Ərdoğan bu kimi riskləri nəzərə alaraq belə qərar verdi”.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin S-400 kompleksi batareyalarının satışının dollarla həyata keçirilmədiyini açıqlayıb.