|
İndoneziyanın Sumatra adasında 5.7 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim və Geofizika qurumu informasiya yayıb.
Zəlzələnin episentri Cənubi Sumatra əyalətinin 120 kilometr cənub-qərbində qeydə alınıb. 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami ilə bağlı xəbərdarlıq edilməyib.
Qeyd edək ki, 26 dekabr 2004-cü ildə İndoneziyada baş verən 9.1 ballıq zəlzələ və sunami nəticəsində 230 min insan həlak olmuşdu.