|
Rusiya Ukraynanın Berdyansk və Mariupol şəhərlərini ələ keçirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu “Funke Media Qrup”a müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Rusiya bununla Donbas və Krım arasında quru dəhliz əldə etmək istəyir:
“Rusiya Ukraynanın işğalının genişləndirilməsi planından imtina etmir. Moskva çalışır ki, Mariupol və Berdyanskı ələ keçirərək, Krıma quru dəhliz açsın”.