|
ABŞ Prezidenti Donald Tramp G20 sammitində daha bir skandala imza atıb.
Axar.az xəbər verir ki, Argentina prezidenti ilə foto çəkdirdikdən sonra Tramp onun yanından dərhal ayrılıb. Bu zaman Argentina Prezidenti Maurisio Makri onun ailə fotosu çəkdirməli olduğunu desə də Tramp bunu eşitməyib. Daha sonra bir argentinalı rəsmi nümayəndə tərəfindən Trampa Makrinin bu sözləri çatdırılıb. Yalnız bundan sonra Tramp geri dönüb.