|
İndoneziyanın Şimali Sumatra əyalətində otelin torpaq sürüşməsinin altında qalması nəticəsində azı 7 nəfər həlak olub, 7-si isə xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, ölənlərin və yaralananların hamısının tələbələr olduğu bildirilib.
Qeyd edək ki, 2 gün öncə İndoneziyada 5,6 bal nəticəsində növbəti zəlzələ qeydə alınmışdı.