|
Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi planlaşdıran və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.
“Qafqazinfo”nun “Posta”ya istinadən xəbərinə görə, xəbərdarlıqda paytaxt Paris olmaqla digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarından uzaq olmaq, şəhərdaxili və şəhərlərarası yollarda ehtiyatlı olmaq tövsiyə edilib.
Qeyd edək ki, noyabrın 17-dən Fransada benzinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. “Sarı jiletlilər” adı altında keçirilən mitinqlərdə bugünə qədər 2 nəfər ölüb, 150-si polis olmaqla 850-dən çox insan xəsarət alıb