|
Belçikanın ən zəngin insanı, milyarder Albert Frer 92 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Frerin “Groupe Bruxelles Lambert” (GBL) holdinqindən bildirilib.
Qeyd edək ki, “Forbes” jurnalı A. Frerin sərvətini 5,8 milyard dollar dəyərində qiymətləndirib.