Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın xarici siyasət kursu dəyişib.

Bu sözləri Axar.az-a gürcü politoloq Vladimir Çxvediani rusiyalı deputat Konstantin Zatulinin rəhbərliyi altında İrəvanda yeni “Lazarev klubu”nun açılışı və bunun Ermənistan cəmiyyətində, eləcə də mediasında yaratdığı fikir ayrılıqlarını şərh edərkən deyib.

“Məğlubların isterikası. Zatulin hətta Rusiyada belə artıq heç nəyi həll etmir. Bundan sonra daha pis olacaq. Rusiya öz Qafqaz siyasətinin uğursuzluğunu kiminsə ayağına yazmalıdır. Yəqin bunun üçün Zatulini seçiblər. Ona görə də o, isteriya keçirir”, – deyə o bildirib.

Müsahib qeyd edir ki, “Lazarev klubu”nun əvvəlcədən müəyyən edilmiş mövzusuna rəğmən, Ermənistanın güc strukturları Müdafiə Nazirliyinin kiçik nümayəndə heyətini çıxmaq şərtilə tədbirə dəvət edilməyiblər:

“Başqa nə etməliydilər? Ermənistan Müdafiə Nazirliyi artıq Rusiyanın geosiyasi rəqibi olan NATO-nun filialına çevrilib”.

Politoloqun fikrincə, Ermənistan kursunu dəyişməklə özünün keçmiş təsir agentlərinə onların artıq yeni maliyyə mənbələri axtarmaq vaxtının çatdığını başa salıb. Belə ki, okeanın o tayından olan investisiyalar qərəzli şəxslərlə əməkdaşlığı tövsiyə etmir:

“Ermənistanın taleyini Bakıda çox, Vaşinqtonda həll edəcəklər. Hələlik Vaşinqton sərt şəkildə “inqilabçı” ermənilərə toxunmağı qadağan edir. Azərbaycanın isə hətta Rusiyanın dəstəyi ilə belə ABŞ-a qarşı dayanacaq gücü yoxdur”.

Son günlər Ermənistanda yaranan Paşinyan-Saakyan konfliktinə də münasibət bildirən politoloq Rusiyanın bu tərəflərdən hansısa birinə təzyiq etmək fikrində olmadığını söyləyib:

“Erməni elitası daxilində ciddi konflikt yoxdur. Təbii ki, burada sahibin loyallığı üçün aparılan münaqişələri çıxmaq lazımdır. Sahib nə deyəcəksə, elə də olacaq”.

Ekspert həmçinin bəzi qərbyönlü erməni siyasi xadimlərin Rusiyanın tərəfinə keçmək cəhdlərinin uğursuzluqla nəticələndiyini və bu işə cavabdeh olan şəxslərin Moskvanın əmri ilə “edamlarının” olacağını bildirib:

“Rusiya təbliğatı istəmir ki, cəmiyyət Rusiya siyasətinin uğursuzluğuna böyük diqqət ayırsın. Ona görə də belə uğursuz eksperimenti aparan emissarların tam yox edilməsi gözlənilir”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti