Türkiyə-Rusiya münasibətlərinin inkişaf edən xətt üzrə davam edəcəyini düşünürəm.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, G-20 sammiti çərçivəsində Türkiyə və Rusiya liderlərinin görüşündən sonra Putininn Ankaranı “vacib tərəfdaş” adlandırması bir daha diqqət çəkdi:

“Türkiyə və Rusiya arasında öz valyutaları ilə ticarət məsələsi uzun müddətdir ki, gündəmdədir. S-400 HHM sisteminin çatdırılmasına dair müqavilənin hesablaşmalarının milli valyutalarla aparılacağı bu görüşdən sonra bir daha təsdiqləndi. Dollar şantajına cavabı ancaq belə vermək olar”.

Politoloq Türkiyənin NATO-dan ayrılıb Avropa ordusuna qoşulması ilə bağlı məsələyə də münasibət bildirib:

“Tramp ABŞ prezidenti seçiləndən sonra Avropa ordusu məsələsi gündəmdən düşmür. Trampın Avropadakı müttəfiqlərinə ultimatumdan sonra Merkel və Makron Avropa ordusunun yaradılmasının vacibliyi haqqında danışmağa başladı. Tramp Avropa ölkələrinə daha onların müdafiəsinə pul xərcləməyəcəyini bildirdi. Trampın bu təhdidlərindən və replikalarından sonra Avropa ölkələri özlərinin ordusunun qurulması ilə bağlı fikirləşməyə başladı. Türkiyə isə ABŞ və Avropa arasında manevrlər edib istədiyini almalıdır. Türkiyənin maraqlarına nə cavab verəcəksə, o cür də addımlar atacaq. Zatən Türkiyə hakimiyyəti belə də edir”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti