|
Rusiya və Hindistan arasında S-400 satışı ilə bağlı müqavilə çərçivəsində hesablaşmaların milli valyuta ilə aparılması üçün danışıqlar davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın Rusiyadakı səfiri Bala Benkateş Barma bildirib.
“Bu barədə danışıqlar davam edir. İmzalanmış müqavilələrin icrası barədə ortaq anlayışa sahibik. Bu, sadəcə S-400-lərə deyil, digər müqavilələrə də aiddir. Yeni ödəniş mexanizmlərindən istifadə etməklə hesablaşmaların yollarını axtarırıq. Hələlik rəsmi qərar yoxdur, ancaq ümumi fikir hesablaşmaların milli valyuta ilə aparılması istiqamətindədir”, - səfir bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri bir qədər əvvəl S-400 zenit raket kompleksləri ilə bağlı müqavilə çərçivəsində ödənişlərin milli valyutalarla həyata keçiriləcəyini açıqlamışdılar.