|
ABŞ-ın kiçik və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması, eləcə də öz bazalarını Şərqi Avropa və Polşada yerləşdirməsi bu əraziləri hərbi meydana çevirir.
Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında rusiyalı hərbi eskpert Vladislav Şurıqin deyib.
“ABŞ bazasının yerləşdirildiyi istənilən Şərqi Avropa ölkəsi potensial nüvə səhrasına çevrilir. Bu dövlət faktiki olaraq dünya xəritəsindən silinir. Ona görə də amerikalıları israrla dəvət edən siyasətçilər öz əhalisini atom yağışı altında qoyurlar”, – deyə o bildirib.