|
“Marlboro” siqaretlərinin istehsalçısı olan ABŞ-ın “Altria Qrup” şirkəti marixuana əkininə başlayıb.
Axar.az xəbər verir ki, şirkət bunun üçün Kanadanın “Kronos” şirkətinin səhmlərinin 45%-ni əldə edib. Razılaşmanın dəyəri 1,77 milyard dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrından etibarən Kanadada marixuana istehsalı leqallaşdırılıb. Bu ölkədə marixuana istehsalı ilə məşğul olan şirkətlərin səhmlərini iki dəfədən çox bahalaşdırıb.