|
Türkiyənin Rusiya istehsalı silahlar almasından narahatıq.
Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
"Putinlə Şərqi Aralıq dənizindəki prosesləri, bölgədə yaradılmış yeni enerji xəritəsini, Rusiya və Yunanıstanın Türkiyə ilə münasibətlərini müzakirə etdik. Bundan əlavə, Türkiyənin Rusiyadan silahlar almasından narahat olduğumuzu bildirdim", - Çipras qeyd edib.
Qeyd edək ki, Yunanıstan özü Rusiyadan S-300 sistemi alıb.