|
İnsanlar ətrafı qorumaq üçün üçüncü dünya ölkələrinə böyük məbləğ ödəmək istəmirlər.
Axar.az xəbər verir ki, bu sözləri Fransadakı aksiyalar barədə Tvitter hesabında ABŞ Prezidenti Donald Tramp bildirib.
Fransanın bütün bölgələrini etiraz aksiyaları bürüdüyünü deyən Tramp, "Aksiyalarda "Trampı istəyirik" şüarları səsləndirirlər. Fransanı sevirəm", - deyə bildirib.
Qeyd edək ki, Fransada hökumətin yanacaq qiymətlərini qaldırması səbəbilə noyabrın 17-də başlayan “Sarı jiletlilər” aksiyası son illərin ən böyük aksiyalarındandır.