İranda qəzet, jurnal və internet saytlarında fəaliyyət göstərən 500-dən çox tələbə Prezident Həsən Ruhaniyə məktub yazaraq, ölkədə fəallara, sivil qurumlara, fəhlələrə, müəllimlərə qarşı geniş repressiyaların aparılmasına etiraz ediblər.

Axar.az xəbər verir ki, məktubda Ruhaninin prezident vəzifəsinə seçilməzdən əvvəl ölkədə və universitetlərdə azadlıqların təmin olunacağı ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsi, bir-biri ilə paralel şəkildə fəaliyyət göstərən təhlükəsizlik qurumlarının ali təhsil ocaqlarına nəzarətinin güclənməsi vurğulanıb:

“Bu gün artıq hərbçilərin çəkməsinin səsi nəinki universitetlərdə, ölkənin hər bir yerində eşidilir. ETTELAAT-ın həbsləri, məhkəmə sisteminin sivil fəalları məsuliyyətə cəlb etməsi, dinc fəallara müxtəlif bəhanələrlə iş açılması ilə bağlı yayılan xəbərlər o qədər çoxdur ki, artıq hər bir sadə sivil fəaliyyətin aparılması qorxuya gətirib çıxarır.

Vəziyyət belə acınacaqlı olduğu bir halda, sizin hökumət ölkədə baş verən bu kimi xoşagəlməz hallara biganə qalır".

Qeyd edək ki, Həsən Ruhani bir neçə gün əvvəl “Tələbə günü” ərəfəsində Tehranda keçirilən bir tədbirdə çıxış edərək, dünyanın ən azad universitetlərinin məhz İranda olduğunu iddia etmişdi.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti