Təəssüf ki, Heydər Əlirza oğlu ilə şəxsi tanışlığım olmayıb, amma onun barəsində çox eşitmişəm. O, hər baxımdan böyük siyasi xadim idi. Ölkəni bütün qlobal dəyişikliklərdən mühafizə etmiş, demək olar ki, Azərbaycanı yenidən qurmuş, qətiyyətli və aydın xətt yürütmüş siyasi xadim idi.

Bu sözləri Azərtac-a müsahibəsində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov söyləyib. O vurğulayıb ki, ölkənin indiki Prezidenti İlham Əliyev Ulu Öndərin kursunu davam etdirir:

“Mənə çox xoşdur ki, Azərbaycan Prezidenti məni həmkarım – Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovla birlikdə qəbul etdi. Bu, hətta gözlənilmədən oldu, çünki hər halda respublika Prezidenti ilə Jurnalistlər İttifaqı sədrinin səviyyələri arasında böyük fərq var. Bilirəm ki, sələfim Vsevolod Boqdanov Heydər Əliyevlə sıx ünsiyyət saxlayıb. Onlar hələ o dövrdə Xəzər regionu ölkələrinin jurnalistlərini birləşdirmək barədə düşünüblər. Prezidentlə söhbət əsnasında mən bunu ona xatırlatdım. O, bu ideyanı böyük maraqla qarşıladı. Görüş çox maraqlı keçdi, biz bir çox ümumi mövzu tapdıq. Prezident tapşırdı ki, Azərbaycana mümkün qədər çox rusiyalı jurnalist gəlsin. Gəlib Azərbaycanda rus dilinin necə inkişaf etdiyini, rusların necə yaşadıqlarını, respublikanın gözəlliklərini görsünlər. Biz jurnalistlərdən, yazıçılardan və şairlərdən ibarət qrup yaradırıq. Ümidvaram ki, onlar Novruz bayramında ölkənizə səfər edəcəklər”.

V.Solovyov Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: “Mən demək olar ki, bütün qitələrdə, hətta Antarktidada, ümumən dünyanın 80 ölkəsində olmuşam. Bakı sözün həqiqi mənasında güclü təəssürat yaradır. O, qeyri-adi memarlıq abidələri ilə fantastik dərəcədə gözəl şəhərdir. Yeraltı keçidlərin mərmərlə işlənməsi heyrətləndirir. Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası görənləri mat qoyur. Sizdə yeni xalça ustaları nəsli yetişib. Onlar xalça üzərində fantastik şəkillər yaradırlar. İnsanın belə bir kompozisiyanı necə düşündüyünü təsəvvürə belə gətirmək çətindir. Bakı heyrətamiz şəhərdir. Düşünürəm ki, biz indi Azərbaycana tez-tez gələcəyik”.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti