|
ABŞ-ın “Taym” nəşri “İlin adamı” mükafatına layiq görülənlərin adlarını açıqlayıb.
Axar.az xəbər verir ki, mükafata Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən Camal Qaşıqçı, ABŞ-ın Merilend ştatının Annapolis şəhərində yayımlanan “The Capital Gazette” nəşri, Filippində dövlət başçısı Rodriqo Duterte hökumətinə qarşı müxalif mövqeyi ilə seçilən “Rappler” xəbər saytının aid olduğu şirkətin idarə heyətinin sədri Maria Ressa və Myanmada həbs olunan “Röyter” müxbirləri Va Lone və Kyav Soe sahib olub.
Məlumata görə, qaliblər arasında Camal Qaşıqçının da adının olması nəşrin tarixində bir ilk olub. Belə ki, “Taym” ilk dəfə dünyasını dəyişən bir şəxsi “İlin adamı” seçib.